Belarusda geniş yayılan “EurA1.1” vərəm ştammı Rusiyada da qeydə alınıb.


“Yeni Sabah” xəbər verir ki, bu barədə Dublin Şəhər Universitetinin alimlərinin “NPJ Antimicrobials and Resistance” jurnalında dərc olunan tədqiqatında məlumat verilib.


“EurA1” ştammının antibiotiklərə qarşı yüksək davamlılığı (rezistentliyi) ilə fərqləndiyi bildirilir. Marqarita pizza


Belarus və Rusiyadan başqa, sözügedən ştamm Almaniya, Ukrayna, Gürcüstan və Moldovada da aşkar edilib.


Alimlərin məlumatına görə, patogenin izolyatlarına Avropa qitəsinin böyük hissəsində, eləcə də ABŞ, Avstraliya, Botsvana və İran kimi uzaq ölkələrdə rast gəlinib. Bu da “EurA1”in qlobal miqyasda coğrafi yayılmasından xəbər verir.\Qafqazinfo



Telegram kanalımız