Aparıcı Murad Əzimzadə həmkarı Elgiz Əkbərin yeni verilişi haqqında fikirlərini bölüşüb.
“Yeni Sabah” xəbər verir ki, o bildirib ki, verilişin açıldığı 2 günüdür və təkcə “YouTube”də 20 mindən çox insan birbaşa yayımda Elgizi izləyir
“Aparıcı Elgiz Əkbər youtube-da proqram açıb. İki gündür fikir verirəm təkcə “YouTube”də 20 mindən çox insan birbaşa yayımda Elgizi izləyir! Hələ tiktok və instagramdakı baxış sayını demirəm. Sponsorlar, həkim qonaqlar və.s isə maşallah N qədər! Dördpendirli pizza
Bu gün hansı ənənəvi yayımçılıq edən TV sinəsinə vurub deyə bilər ki, mənə eyni anda 20mindən çox insan baxır?! Bu gün sponsorları TV-lərə cəlb edə bilirikmi? Reklam bazarında TV-nin tutduğu pay günügündən azalmırmı? Cavab hər birimizə bəllidir! TV-lərin ələlxüsus özəllərin aqibəti necə olacaq? Çıxış yolu nədir, nədədir? İnternetə inteqrasiya! Ənənəvilikdən kreativliyə keçid, sürətli xəbərçilik, dinamikadan qaçmamaq, əksinə yeniliklərin üzərinə getmək! Müasir ekran həlli bunu tələb edir! Ənənəvi yayımçılığı digitala daşıya bilənlər sabah var olacaqlar! Belə olan halda vəziyyət dəyişməzsə TV-lərin bugünkü çətinliyi, sabahın TV müəmmasına çevriləcək!
Elgiz bilirsiniz hamımıza nəyi göstərdi? Kütləsi olan aparıcıya TV lazım deyil, TV-lərə kütləsi olan aparıcılar lazımdır, reytinq və sponsor üçün!”.
Qeyd edək ki, bu ilin fevralında aparıcı Elgiz Əkbərin ARB-də yayımlanan “Elgizlə izlə” verilişinin yayımı dayandırılıb. Sentyabrın 7-də isə yeni layihəsi olan “Şadlıq olsun” verilişi yutubda yayımlanmağa başlayıb.
Aydan Hacı
Telegram kanalımız