Türkiyədə saxlanılan sosial media fenomeni Mehmet Fatih Tançalanın məhkəmədə verdiyi ifadə ortaya çıxıb.
“Yeni Sabah” xəbər verir ki, sosial mediada “Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalan gecə saatlarında keçirilən əməliyyat zamanı saxlanılıb.
O, cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin yuyulmasında ittiham olunur. Fenomen məhkəmə qarşısında ittihamları qəbul etməyib. pizza sifarişi
Mehmet Fatih Tançalan xüsusilə toy mərasimindəki dəbdəbə ilə bağlı məsələlərə aydınlıq gətirib. O bildirib ki, məclisdə çəkilən xərclərin hamısı sponsorlar tərəfindən qarşılanıb.
Fenomen toy zamanı taxılan qızılların da özlərinə məxsus olmadığını deyib. Onun sözlərinə görə, həmin qızıllar kirayə götürülüb.
Tançalan əlavə edib ki, qohumları tərəfindən toyda taxılan zinət əşyaları da mərasimdən sonra sahiblərinə geri qaytarılıb.
Qeyd edək ki, Mehmet Fatih Tançalanın həyat yoldaşı sosial media fenomeni Çağla Özünlə birlikdə keçirilən toy mərasiminə Azərbaycandan tanınan blogerlər də qatılıb.
Məclisdə “baylarsoy” adı ilə tanınan bloger Arifə Məmmədova və onun həyat yoldaşı, bloger Fidan Zeyn də iştirak edib.
Telegram kanalımız