Bəzi insanlar 80-lər dəbini indi yaşamağa başlayıb, bəziləri isə həmin illəri həqiqətən yaşayıb. Məşhur aktrisa Nebahat Çehre də sosial şəbəkələrdə trend olan 80-lər paylaşımına qoşulub.


“Yeni Sabah” xəbər verir ki, sənətçinin paylaşımı digər 80-lər fotolarından fərqlənib.


Yeni mövsümdə “Tuzlu Kahve” serialı ilə ekranlara qayıdan Nebahat Çehre sosial media hesabında illər əvvəl çəkdirdiyi fotosunu yayımlayıb. pizza mizza


82 yaşlı aktrisa süni intellektlə hazırlanan 80-lər fotoları əvəzinə, məhz 1980-ci illərdə çəkilmiş öz fotosunu izləyiciləri ilə bölüşüb.


O, paylaşımına belə qeyd əlavə edib:


“Bəzi trendlər sonradan gəlmir, insan onsuz da onların içindən keçib. 80-lər trendinə mən də qoşulum dedim. Amma kiçik bir fərqlə: Bu foto süni intellektlə hazırlanmayıb, həqiqətən 80-ci illərdə çəkilib. Filtr yoxdur, Aİ yoxdur, sadəcə 80-lərin bütün möhtəşəmliyi var”.


Əsmətxanım Rzazadə



Telegram kanalımız