Türkiyəli aktyor Ozan Güvən illər əvvəl “Möhtəşəm Yüzil” serialında birlikdə rol aldığı Məryəm Uzerli ilə bağlı maraqlı xatirəsini danışıb.


“Yeni Sabah” xəbər verir ki, aktyor həmin dövrdə ikili arasında eşq münasibəti olduğu barədə yayılan xəbərləri səhnədə yumorla dilə gətirib.


Ozan Güvən bildirib ki, o zaman mediada Məryəm Uzerli ilə birlikdə İstanbulun Ulus ərazisində ev axtardıqları barədə məlumat yayılıb. Bu xəbərdən sonra Uzerlinin ona zəng etdiyini deyən aktyor telefon danışığını da tamaşaçılar qarşısında canlandırıb. pizza hut


“Məryəm mənə zəng edib, “Ozan, çıxan xəbərləri gördün?” deyə soruşdu. Məndən dəfələrlə açıqlama verməyimi istədi. Mən isə ona dedim ki, “Məryəmcim, sən Hürrəm Sultansan, mən Rüstəm Paşayam. Bir yerdə yaşayacaq olsaq, gedib Topqapı sarayında yaşayarıq. Ulusda nə işimiz var?”.


Aktyor zarafatının Meryem Uzerlinin xoşuna gəlmədiyini və onun buna əsəbiləşərək telefonu söndürdüyünü söyləyib.


Aydan Hacı  



Telegram kanalımız