Türkiyəli aktrisa Gülsen Tuncerin səhhətində problem yaranıb.


“Yeni Sabah” xəbər verir ki, 81 yaşlı sənətçinin xərçəng xəstəliyindən əziyyət çəkdiyi barədə məlumat yayılıb. Aktrisanın hansı xərçəng növündən əziyyət çəkdiyi və hazırda hansı müalicəni aldığı barədə isə əlavə məlumat açıqlanmayıb.


Gülsen Tuncer uzun illərdir Türkiyə kino və televiziya sahəsində fəaliyyət göstərir. O, xüsusilə “Aşk-ı Memnu” serialında canlandırdığı Arsen Ziyagil obrazı ilə geniş tamaşaçı kütləsinə tanışdır. Dördpendirli pizza


Aktrisa serialda Adnan Ziyagilin bacısı Arsen obrazını canlandırıb. Sözügedən ekran işi 2008-2010-cu illərdə yayımlanıb və Türkiyə televiziya tarixinin ən çox izlənilən seriallarından birinə çevrilib.


Əsmətxanım Rzazadə



Telegram kanalımız