Müğənni Tacir Şahmalıoğlu bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.


"Yeni Sabah" xəbər verir ki, Axşam.az-a açıqlama verən sənətçi hazırda xəstəxanada olduğunu deyib. O bildirib ki, öd kisəsində problem yaranıb və təcili əməliyyat olunub:


“Öd kisəm deşildi, xəstəxanaya gəldim, təcili əməliyyat olundum. Hazırda yaxşıyam. Bir-iki gün sonra evə buraxılacağam”. Sezar pizza


T. Şahmalıoğlu son günlər xeyli çəki itirməsinə də aydınlıq gətirib:


“Diabet xəstəsiyəm. Şəkərə görə 25 kiloqram çəki atmalıyam. Ona görə də arıqlayırdım. İndi bu əməliyyat ortaya düşdü, qaldı belə”.



Telegram kanalımız