Türkiyəli aktrisa Melis Sezenin narkotiklə bağlı test nəticəsi açıqlanıb.


“Yeni Sabah” xəbər verir ki, o, sosial media hesabında özünə aid tibbi ekspertiza hesabatını paylaşıb. 


Aktrisa bildirib ki, qan, sidik və saç nümunələrində narkotik və ya stimullaşdırıcı maddə, eləcə də dərman təsiredici maddəsi aşkarlanmayıb. pizza hut


Melis Sezen sentyabrın 18-də Bakırköy Baş Prokurorluğunun apardığı narkotik araşdırması çərçivəsində saxlanılan 18 nəfər arasında olub.


Aydan Hacı 



Telegram kanalımız