Məktəbli forması ilə bağlı müzakirələrə Xalq artisti Aygün Kazımova da münasibət bildirib. Pop diva vahid geyim qaydalarının dini inanclara qarşı addım kimi təqdim edilməsinə etiraz edib. O, uşaqların təhsilinin siyasi maraqlara alət edilməməsinin və cəmiyyətdə birliyin qorunmasının vacibliyini vurğulayıb.
“Yeni Sabah” xəbər verir ki, Aygün Kazımova bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə hər kəsin inancına, düşüncəsinə hörmətlə yanaşılır. Eyni zamanda, dövlətimizin qanunlarına və müəyyən edilmiş qaydalara riayət etmək hər birimizin vətəndaş borcudur”. pizza mizza
Xalq artisti qeyd edib ki, məktəblərdə vahid geyim qaydalarını dini inanclara qarşı addım kimi təqdim etmək, bu məsələ üzərindən cəmiyyətdə qarşıdurma yaratmaq yolverilməzdir.
“Məktəblərdə vahid geyim qaydalarını dini inanclara qarşı addım kimi təqdim etmək, bu məsələ üzərindən cəmiyyətdə qarşıdurma yaratmaq yolverilməzdir.
Uşaqlarımızın təhsili heç bir siyasi marağın və təxribatın vasitəsinə çevrilməməlidir.
Vətən müharibəsində həmrəyliyimiz və dövlətimizə bağlılığımızla nümunə olduq. Bu gün də həmin birliyi qorumaq hər birimizin borcudur.Uşaqlarımıza verəcəyimiz sağlam gələcək, dövlətimizin bütövlüyü və birliyimizlə nümunə olaq”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız