Bəhram Bağırzadə uşaqlıq fotosunu paylaşaraq anası ilə bağlı xatirələrini bölüşüb.
“Yeni Sabah” xəbər verir ki, Əməkdar artist bacısı ilə birlikdə milli geyimdə çəkilmiş şəklini yayımlayıb.
O, paylaşımında uşaqlıq illərində ailələrində təşkil olunan bayramlardan, anasının yaratdığı gözəl ənənələrdən söz açıb: pizza
“Əziz anamız uşaqlar üçün bayramlar təşkil etməyi çox sevirdi. Evimizdə bacı-qardaş uşaqları, qohumlarımız və qonşu uşaqları toplaşar, birlikdə Novruzu, Yeni ili və başqa sevincli günləri qeyd edərdik. Anam hədiyyələr hazırlayar, ən çox da bacımla məni Azərbaycan milli geyimlərinə bürüməyi sevərdi.İndi bu ənənəni biz davam etdiririk — artıq öz uşaqlarımızı milli geyimlərdə bəzəyirik. Ümid edirəm ki, bir gün uşaqlarımız da öz övladlarını, nəvələrimizi, belə geyindirəcəklər. Bu gözəl ailə xatirəsi nəsildən-nəslə ötürülsün.
Mənə elə gəlir ki, Bakıda Milli Geyim Günü təsis etmək də gözəl olardı. Həmin gün uşaqlar da, böyüklər də öz gözəl milli geyimlərində küçələrə çıxardılar. Təsəvvür edirsiniz, şəhərimiz necə rəngarəng və bayram əhval-ruhiyyəli olardı?
Şəkildə bacımla mənik. Bu geyimlərə, bayramlara və bu gün də ailəmizdə yaşayan ənənəyə görə anama təşəkkür edirəm".
Əsmətxanım Rzazadə
Telegram kanalımız