Müğənni Rəqsanə İsmayılova vahid məktəbli formasının tətbiqinə dəstək verib.


“Yeni Sabah” xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşım edərək valideynləri dövlətin qərarlarına dəstək olmağa və məktəbli forması qaydalarına riayət etməyə çağırıb.


“Əziz xalqım, dəyərli bacı və qardaşlarım! pizza


Bizlər tolerantlığın və demokratiyanın hökm sürdüyü güclü bir ölkənin vətəndaşlarıyıq. Bu sarsılmaz birliyi, dövlətçilik ənənələrimizi qorumaq və hər zaman dövlətimizin yanında olmaq hər birimizin ən ali borcudur.


Valideynlər olaraq həyatdakı ən böyük qayəmiz övladlarımızın sağlam, təhlükəsiz və keyfiyyətli təhsil mühitində böyüməsidir. Onların nurlu gələcəyi naminə dövlətimizin atdığı hər bir addımı dəstəkləməli, qəbul edilən qanunların tətbiqində sarsılmaz həmrəylik nümayiş etdirməliyik. Təhsildə bərabərliyin və nizam-intizamın ən gözəl rəmzi olan vahid məktəb geyimi qaydası da məhz bu məqsədə xidmət edir”.


İfaçı bildirib ki, vahid forma şagirdlər arasında sosial fərqliliyi aradan qaldıraraq, onların diqqətini təhsilə, inkişafa və yoldaşlığa yönəltməsinə şərait yaradır.


“Bizlər qanunlarımıza dərin ehtiramla yanaşaraq bu qaydalara hamılıqla riayət etməliyik.


Gəlin bir olaq, dövlətimizin qərarlarına dəstək verək. Unutmayaq ki, qüdrətli dövlət və övladlarımızın firavan gələcəyi məhz bizim birliyimizdən və qanunlara olan hörmətimizdən başlayır!”


Aydan Hacı




Telegram kanalımız