Müğənni Nigar Camal sosial şəbəkələrdə təhqir, qarğış və böhtan xarakterli şərhlər yazanlara irad bildirib.


“Yeni Sabah” xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkə hesabında paylaşım edib:


“Mənə bir şey maraqlıdır: sosial şəbəkədə bu qədər çirkin şərhlər yazan, ağzına gələni danışan, qarğış yağdıran, şər-böhtan atan insanlar, siz doğrudan da özünüzü yaxşı insan hesab edirsiniz? Dördpendirli pizza


Elə bilirsiniz, Allah sizi içinizdəki bu qədər kinə, paxıllığa, nifrətə və ağzınızdan tökülən zəhərə görə sevəcək, üstəlik, bir də mükafatlandıracaq? ????


Kaş ki, içinizdəki bütün bu kini, paxıllığı və nifrəti sevgiyə, mərhəmətə və ehtiyacı olan insanlara kömək etmək istəyinə çevirəydiniz. Bəlkə onda bu dünyaya bir az da olsa xeyriniz dəyərdi”.


Aydan Hacı 



Telegram kanalımız