Türkiyəli müğənni Bayhan Almaniyadakı uşaq evində rahibələrin himayəsində böyüdüyünü bildirib.
“Yeni Sabah” xəbər verir ki, özünəməxsus səsi və ifa tərzi ilə tanınan Bayhan həyatının indiyədək bilinmədiyi məqamlarından danışıb.
O, uşaq evində qaldığı müddətdə kilsəyə də getdiyini və orada musiqi ilə məşğul olduğunu deyib: Dördpendirli pizza
“Almaniyada olduğum vaxt uşaq evində qaldım və orada bizi rahibələr böyüdürdü. Təxminən bir ilə yaxın orada oldum və kilsədə fleyta çalırdım. İlk öyrəndiyim din xristianlıq olub. Çünki hər hansı bir məlumatım və fərqli təcrübəm yox idi. Taleyim mənə bunu təqdim etmişdi”.
Müğənni uşaqlıq illərində yaşadığı şəraitin dini dünyagörüşünün formalaşmasına da təsir etdiyini bildirib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız