İllər keçsə də, arzularının bitmədiyini deyən Xalq artisti Zülfiyyə Xanbabayeva yeni yaşını ailəsi ilə birlikdə keçirməyi planlaşdırır.
“Yeni Sabah” xəbər verir ki, ьüğənni ad günü ilə bağlı istəklərini və gələcək arzularını bölüşüb.
O, doğum günü münasibətilə ARAZ FM-də yayımlanan “Kəşfet” verilişinin qonağı olub. Dominos pizza
İlk təbriki qızından alan Zülfiyyə Xanbabayeva özəl gününü ailəsi ilə keçirəcəyini bildirib. O, ad günündə təmtəraqlı mərasim əvəzinə özünə vaxt ayırmaq istədiyini vurğulayıb. Bununla belə, yubileyini geniş qeyd etməyi düşündüyünü açıqlayıb.
Xalq artisti arzularından da söz açıb. O, həyatda istəklərin bitməməsinin vacibliyini qeyd edərək qızı Dənizin hazırda arzularının əsasını təşkil etdiyini bildirib:
“Arzular tükənsə, biz tükənərik. Dünyaya gec gəlmişəm. Anamın 40 yaşında dünyaya gəlmişəm. Qızım Dənizi də mən 40 yaşımda dünyaya gətirdim. İndi arzularım qızımla bağlıdır. Evimdə 19 yaşında qızım var. Özümə qarşı da arzularım var. Nə qədər sənətdəyəm dinləyicilərimə qulluq etməliyəm”.
Telegram kanalımız