"Milan"ın hücumçusu Alfadjo Sisse UEFA Avropa Liqasında "Red Bull Zalsburq" üzərində qazanılan darmadağınlı (4:0) qələbədə nümayiş etdirdiyi möhtəşəm performansla futbol tarixinə adını yazdırıb.


“Yeni Sabah” xəbər verir ki, 19 yaş 358 günlüyündə het-trik edən gənc hücumçu Avropanın əsas turnirlərində het-trik müəllifi olan ən gənc italiyalı futbolçu unvanına yiyələnib.


Gənc ulduz qarşılaşmanın ilk hissəsində vurğuladığı qollarla daha bir rekoru qırıb. Matçın 15-ci və 32-ci dəqiqələrində rəqib torunu havalandıran Sisse "Milan" tarixində Avroturnirlərin ilk yarısında dubl edən ən gənc futbolçu olub. Marqarita pizza


Nümayiş etdirdiyi bu möhtəşəm oyunla Sisse həm "Milan"ın, həm də İtaliya futbolunun gələcəkdə böyük ümidlər bəslədiyi parlaq ulduzlardan biri olduğunu növbəti dəfə sübut edib.


Nazim Hacıyev



Telegram kanalımız