Monteneqronun Budva şəhərində boks üzrə U-19 dünya çempionatına start verilib.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.


Turnirin ilk günündə Azərbaycan millisinin iki boksçusu qələbə qazanıb. Dördpendirli pizza


Nihat Qasımov (55 kq) 1/32 finalda Nursultan Duşonalıyevlə (Qırğızıstan) qarşılaşıb. Döyüş boksçumuzun 3:2 (29:28, 28:29, 30:27, 30:27, 27:30) hesablı qələbəsi ilə başa çatıb. O, oktyabrın 18-də növbəti görüşündə ilk mərhələdən azad olan Arcanpal Hundalla (Kanada) üz-üzə gələcək.


Səfdər Məmmədzadə (+90 kq) isə 1/8 finalda Kirill Jukovskini üstələyib. Milli üzvü rəqibini 3:2 (27:29, 28*:28, 27:29, 29:27, 29:27) hesabı ilə məğlub edib. O, ikinci görüşünü oktyabrın 23-də İvan Baybakova (Rusiya) qarşı keçirəcək.


Qeyd edək ki, dünya çempionatı oktyabrın 27-də yekunlaşacaq.



Telegram kanalımız