Nəqliyyat və sərnişindaşıma sahəsində "Mercedes-Benz Sprinter" mikroavtobusları həm davamlılığı, həm də geniş salon imkanları ilə Azərbaycanda ən çox tələb olunan nəqliyyat vasitələrindən biridir. Bu avtomobili alıb müstəqil sürərək şəxsi biznesinizi qurmaq kifayət qədər gəlirli model sayıla bilər. Bəs hazırda ölkəmizdə "Sprinter" sürmək ayda nə qədər gəlir gətirir və xərclər çıxıldıqdan sonra xalis qazanc nə qədər qalır?


Aylıq xərclərin strukturu


Gəlir hesablamasına keçməzdən öncə avtomobilin aylıq texniki və istismar xərclərini nəzərə almaq lazımdır. Orta hesabla ayda 3,000–5,000 km yürüş edən bir avtomobil üçün yanacaq xərci 400–700 AZN arasında dəyişir. Bunun üzərinə yağ dəyişmə, təkər və asqı sisteminin təmiri üçün ayrılan 200–350 AZN amortizasiya məbləğini, eləcə də VÖEN ödənişləri, icbari sığorta və GPS monitorinq üçün tələb olunan 100–150 AZN xərci gəldikdə, ümumi aylıq xərc orta hesabla 700–1,200 AZN təşkil edir. Pepperoni pizza


Turistlərin daşınmasından gələn qazanc


Turizm sahəsində Sprinter-ə olan tələbat xüsusilə bahar, yay və payız aylarında, həmçinin Qəbələ, Şahdağ, Quba, İsmayıllı və Şuşa kimi istiqamətlərdə oldukça yüksək olur. Günlük tur və ya transfer qiymətləri salonun komfortundan asılı olaraq 100–220 AZN arasında dəyişir. Bu da ayda 2,200–4,000 AZN ümumi gəlir deməkdir. Bütün texniki və yanacaq xərcləri çıxıldıqdan sonra sürücünün əlində qalan xalis qazanc 1,300–2,400 AZN aralığında formalaşır. Yay mövsümündə və sıx turlarda bu məbləğ 3,000 AZN səviyyəsini də keçə bilər.


Məktəbli servisinin gəlirliliyi


Məktəbli servisi isə daha sabit və risk ehtimalı aşağı olan bir sahədir. Sentyabr–iynə aylarını əhatə edən bu fəaliyyətdə şagird başı aylıq ödəniş məsafədən asılı olaraq 80–150 AZN təşkil edir. Orta hesabla 18–20 şagird daşıyan bir avtomobil ayda 1,600–2,500 AZN ümumi gəlir gətirir. Yanacaq və texniki xərclər çıxıldıqdan sonra xalis qazanc 1,100–1,800 AZN olur. Məktəbli servisinin ən böyük üstünlüyü iş vaxtının qısa olmasıdır. Səhər və günorta saatlarında məktəbliləri daşıdıqdan sonra günün ikinci yarısında və həftəsonları əlavə turlar və ya sifarişlər götürmək mümkündür.


Korporativ xidmətlər və fərdi sifarişlər


Zavodlar, tikinti şirkətləri, holdinqlər və otellər üçün əməkdaşların daşınmasını nəzərdə tutan korporativ xidmətlər də sabit gəlir mənbəyidir. Uzunmüddətli müqavilələr əsasında həyata keçirilən bu fəaliyyət üzrə aylıq müqavilə ödənişləri 2,000–3,200 AZN civarındadır. Xərclər çıxıldıqdan sonra saxlanılan təmiz mənfəət 1,200–2,100 AZN təşkil edir. Bunlardan əlavə, Bakı–Gəncə və ya Bakı–Lənkəran kimi sabit şəhərlərarası marşrutlarda və ya toy, yas, fərdi gəzintilər kimi özəl sifarişlərdə fəaliyyət göstərmək ayda orta hesabla 1,000–1,700 AZN xalis qazanc əldə etməyə imkan verir.


Mənfəəti artırmağın effektiv yolları


Gəliri maksimuma çatdırmaq üçün bir neçə iş rejimini kombinə etmək effektiv üsuldur. Səhər və günorta məktəbli servisi işlədib, günortadan sonra korporativ transferlər, həftəsonları isə turizm sifarişləri götürməklə xalis qazancı 2,500–3,000 AZN səviyyəsinə qaldırmaq mümkündür. Həmçinin salonun VIP yığılması və güclü kondisioner sisteminin olması turizm agentlikləri ilə daha yuxarı qiymətə müqavilə bağlamağa şərait yaradır. Avtomobili başqa sürücüyə həvalə etməyib şəxsən idarə etdikdə isə əlavə 700–1,000 AZN sürücü maaşı xərcinə qənaət edilmiş olur.


Avtomobilin bazardakı qiymət aralığı


Azərbaycanın avtomobil bazarında "Mercedes-Benz Sprinter" modellərinin qiymətləri buraxılış ilindən, mühərrikin vəziyyətindən və salon konfiqurasiyasından asılı olaraq geniş aralıqda dəyişir. 2000–2008-ci illərin işlənmiş modelləri bazarda 22,000–35,000 AZN aralığında təklif olunur və daha çox şəhərlərarası daşımalarda istifadə edilir. Məktəb servisi və turlar üçün ən çox üstünlük verilən 2009–2016-cı illərin yaxşı vəziyyətdə olan modellərinin qiyməti 38,000–65,000 AZN təşkil edir. Daha müasir, 2017–2021-ci illərə aid VIP və turizm salonlu avtomobillər 70,000–110,000 AZN civarındadır. Son nəsil, 2022–2026-cı illərin yeni və ya az yürüşlü VIP Sprinter modellerinin qiyməti isə 120,000 AZN-dən başlayaraq 180,000 AZN və daha yuxarı göstəricilərə qədər yüksəlir.


Nazim Hacıyev


 



Telegram kanalımız