Braziliya futbolunun ulduzu Neymar sosial media hesabında "Barselona"nın gənc istedadı Lamine Yamal haqqında diqqətçəkən paylaşım edib. 


“Yeni Sabah” xəbər verir ki, təcrübəli hücumçu gənc futbolçunun performansını yüksək qiymətləndirərək "Lamine Yamal dünyanın ən yaxşısıdır" ifadəsini işlədib.


Bundan əlavə, Neymar və Lamine Yamal sosial şəbəkələrdə hər iki futbolçunun statistik göstəricilərini müqayisə edən xüsusi bir paylaşımı da eyni vaxtda bölüşüblər.  Marqarita pizza


Dünya futbolunun iki fərqli nəslini təmsil edən ulduzların bu qarşılıqlı jesti azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


Nazim Hacıyev



Telegram kanalımız