Uşaqlar 2 yaşadək poliomielitə qarşı 5 doza peyvənd almalıdır.
"Yeni Sabah" xəbər verir ki, oral poliomielit peyvəndi (OPV) uşaqları iflicə və hətta ölümə səbəb ola bilən poliomielit xəstəliyindən qorumaq üçün istifadə olunur. Peyvənd ağız yolu ilə, damcı şəklində qəbul edilir.
Azərbaycanın Milli Peyvənd Təqviminə əsasən, OPV peyvəndi uşaqlara müəyyən edilmiş aylarda ilkin və təkrar dozalar şəklində verilir. Hər bir uşaq 2 yaşadək poliomielit əleyhinə vaksinin 5 dozasını almalıdır. Sezar pizza
Peyvəndləmə poliomielitə qarşı immun müdafiənin formalaşmasında mühüm rol oynayır. Xəstəlikdən qorunmaq üçün peyvənd təqvimində nəzərdə tutulan bütün dozaların qəbul edilməsi vacibdir.
Valideynlər uşaqlarının peyvənd təqviminə uyğun olaraq peyvənd olunmasına və bütün dozaları vaxtında almasına diqqət yetirməlidirlər.
Aytac Əliyeva
Telegram kanalımız