Türkiyəli məşhur aktyor Kadir İnanırın mirası ətrafında mübahisələr davam edir. Onun bacısı oğlu Levent İnanır vəsiyyətin həqiqiliyinə şübhə ilə yanaşdığını bildirib, aktyorun ölümü ilə bağlı da narahatlığını ifadə edib.


“Yeni Sabah” xəbər verir ki, Levent İnanır dayısının sağlığında səhhətində yaranan problemlər və qəbul etdiyi dərmanlarla bağlı da danışıb.


O bildirib ki, Kadir İnanırın iradəsi ilə bağlı əvvəlki açıqlamaları yaddaş itkisi və ya psixi sağlamlıq problemi ilə əlaqəli olmayıb. Onun sözlərinə görə, aktyor ağır dərmanlar və antidepressantlar qəbul edir, hərəkət məhdudiyyətləri səbəbindən ciddi stress keçirirdi. Yuxu problemləri də onun əlavə dərmanlar qəbul etməsinə səbəb olurdu. Dominos pizza


Levent İnanır dayısının vəsiyyətinə inanmadığını xüsusi vurğulayıb. O, Kadir İnanırın sağlığında əmlakının gələcək taleyi ilə bağlı onunla söhbət etdiyini iddia edib.


Bacısı oğlunun sözlərinə görə, bir dəfə xəstəxanada dayısından vəfat edəcəyi təqdirdə torpaqlarının aqibətinin necə olacağını soruşub. Kadir İnanırın isə etibarnaməsinin onda olduğunu dediyini bildirib. Levent İnanır həmin vaxt bu məsuliyyəti üzərinə götürmək istəmədiyini, dayısının isə xəstəxanadan çıxdıqdan sonra bu barədə danışacaqlarını söylədiyini qeyd edib.


O, bu söhbətlərdən sonra bütün əmlakın başqa şəxsin adına vəsiyyət edilməsi ilə bağlı iddiaların onda suallar yaratdığını deyib.


Levent İnanır dayısının sərvətinin təxminən 5 milyon dollar olduğunu da iddia edib. Onun sözlərinə görə, aktyor bacısı uşaqlarına mirasdan heç nə qoymayıb.


“Bir qələm belə qoymayıb. Məni bir kənara qoyun, onun xüsusi qayğı göstərdiyi bacısı uşaqları var idi. Onlara bir qələm belə miras qoymayıb. Bu, qəbul ediləsi deyil”, – deyə Levent İnanır bildirib.


Aktyorun bacısı oğlu onun xəstəxanada müalicəsi zamanı lazımi qayğının göstərilmədiyini də iddia edib. Levent İnanır 2025-ci ildə çəkdiyi görüntülərdə dayısının fizioterapevtin müşayiəti ilə hərəkət etdiyini və sürətlə yeridiyini söyləyib. Onun sözlərinə görə, aktyor bir il sonra xəstəxanaya yerləşdirilib və pnevmoniyadan vəfat edib.


Levent İnanır dayısının ölümü ilə bağlı şübhələrini ifadə edərək onun müalicəsi zamanı baş verənlərin araşdırılmasını vacib hesab etdiyini bildirib.


Qeyd edək ki, Kadir İnanırın bütün əmlakını həyat yoldaşı Jülide Kuralın adına vəsiyyət etdiyi iddia olunur. Vəsiyyətlə bağlı məhkəmə prosesi bildiriş problemi səbəbindən dekabr ayına təxirə salınıb.


Levent İnanırın səsləndirdiyi iddialarla bağlı rəsmi təsdiqlənmiş nəticə barədə məlumat yoxdur.



Telegram kanalımız