"Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Çox maraqlı oyun oldu. Məncə, heç bir komanda məğlubiyyətə layiq deyildi. Futbolçular azarkeşləri sevindirdilər, onlara yaxşı futbol şousu təqdim etdilər. Hər iki komandanı təbrik edirəm".
“Yeni Sabah” xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu sözlərlə “Neftçi” ilə 3:3 hesablı heç-heçə etdikləri oyunu şərh edib.
O, hər iki komandanın yaxşı oyun nümayiş etdirdiyini və heç birinin məğlubiyyətə layiq olmadığını bildirib. Pepperoni pizza
Qurbanov uzun müddət sonra Şahruddin Məhəmmədəliyevə vacib matçda şans verməsinin səbəbini də açıqlayıb. O, Zlomisliçin zədə səbəbindən oyuna hazır olmadığını deyib.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev “Neftçi”nin ilk iki qolunda səhvlərə yol verib.
Telegram kanalımız