Məhəmməd Salah Misir milli komandasının tarixində ən çox qol vuran futbolçu adına sahib çıxıb.
“Yeni Sabah” xəbər verir ki, ulduz hücumçu milli formada vurduğu qolların sayını 70-ə çatdıraraq, uzun illərdir bu göstəricidə lider olan Hossam Həsəni (69 qol) geridə qoyub və mütləq rekorda imza atıb.
Misir seçməsi ötən gün Afrika Kuboku çərçivəsində keçirilən qarşılaşmada Malavi yığmasını 5:0 hesabı ilə darmadağın edib. Görüşün 84-cü dəqiqəsində fərqi dörd topa çatdıran Məhəmməd Salah matçın əsas vaxtına əlavə olunmuş beşinci dəqiqədə (90+5) penalti zərbəsini dəqiq yerinə yetirərək dubla imza atıb və tarixi rekordunu rəsmiləşdirib. Online alış-veriş
Qarşılaşmada Misir millisinin digər qollarının müəllifləri isə Nasser Maher, Məhəmməd Hani və Ömər Marmuş olublar.
Nazim Hacıyev
Telegram kanalımız