“Avropa İttifaqını aradan qaldırmaq lazımdır, suverenlik isə ayrı-ayrı ölkələrə qaytarılmalıdır ki, hökumətlər öz xalqlarını daha yaxşı təmsil edə bilsin”.


 


Sfera.az xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask “X” hesabında yazıb.


 


O həmçinin əlavə edib ki, avro-bürokratiya “Avropanı yavaş-yavaş, ölüm həddinə qədər boğur”.


 


Qeyd edək ki, iş adamının bu qəzəbinə səbəb ötən gün Avropa Komissiyasının Maskın sahibi olduğu “X” sosial şəbəkəsini 120 milyon avro cərimələməsi olub./Bizim.Media