Azərbaycanın yəhudiəsilli Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Robert Aqarunov vəfat edib.


 


Sfera.az xəbər verir ki, bu barədə məlumatı qafqazinfo.az-a mərhumun qardaşı Rantik Aqarunov bildirib.


 


O qeyd edib ki, qardaşı ötən gün İsraildə dəfn edilib. 


 


Məlumata görə, Robert Aqarunov dekabrın 11-də 59 yaşında uzunsürən xəstəlikdən dünyasını dəyişib.