Avropa Birliyi 2025-ci ildən gel dırnaq boyalarında geniş istifadə olunan trimetilbenzoil difenil fosfin oksid (TPO) adlı kimyəvi maddənin satışını və istifadəsini tam qadağan edib.
Sfera.az xəbər verir ki, qərar qəbul edilən zaman bu maddənin xərçəng riski, DNT zədələnməsi və reproduktiv sağlamlığa mənfi təsiri ilə bağlı aparılan araşdırmalara istinad olunub.
Qadağa həm salonlarda peşəkar istifadəni, həm də pərakəndə satışları əhatə edir.
Yayılan məlumatlara görə, TPO tərkibli gel məhsullarının istifadəsi EU-nun bütün üzv ölkələrində dayandırılıb. Norveç və İsveçrə kimi AB ilə uyğun tənzimləmə tətbiq edən ölkələr də qadağanı qəbul edib.
AB qərarının əsas səbəbi tərəfdaş laboratoriyalarda aparılan araşdırmalar olub. Tədqiqatlar göstərib ki, UV lampalarla bərkidilən gel boyalarda istifadə edilən TPO hüceyrə səviyyəsində mutasiyalara, dəri allergiyasına, həmçinin fertillik problemlərinə yol aça bilər. Avropa Kimyəvi Maddələr Agentliyi bu maddəni “karsinogen, mutagen və reproduktiv sistem üçün toksik” kimi təsnif edib.
Həmçinin bildirilib ki, UV lampaların çox tez-tez istifadəsi dəri yaşlanmasını sürətləndirir və dəri hüceyrələrində DNT zədələnməsi riski yaradır. Buna görə bəzi dermatoloqlar gel dırnaq qaynağından davamlı şəkildə istifadə etməməyi tövsiyə edir.
Qadağanın tətbiq olunmadığı ölkələr arasında ABŞ-də var. Burada TPO hələlik qanuni maddə hesab olunur və Federal Qida və Dərman Administrasiyası (FDA) tərəfindən qadağan edilməyib. ABŞ-də yalnız təhlükəsizlik xəbərdarlıqları mövcuddur. Sinqapur kimi bəzi Asiya ölkələrində isə maddə məhdud tənzimləmələrlə istifadə olunmağa davam edir.
Fidan Hacızadə
Sfera.az