Qlobal səyahət trendləri dəyişməyə davam edərkən, 2026-cı ildə turist axını gözlənilən istiqamətlər müəyyənləşib. “Independent” qəzeti səyahət mütəxəssisləri və turizm analitikləri ilə apardığı qiymətləndirmə nəticəsində gələn ilin ən çox maraq görəcəyi gözlənilən yeddi məkanı açıqlayıb. 




Sfera.az xəbər verir ki, siyahı həm illərin sevilən məkanlarını yenidən populyarlaşdığını, həm də son dövrlər diqqət çəkən yeni regionların ön plana çıxdığını göstərir.




Malyorka




Dəbdəbəli səyahət agentliyi “AsmallWorld” Malyorkanı 2026-cı ilin ən çox müzakirə olunan istiqamətlərindən biri kimi göstərib. Agentliyə görə, adanı cəlbedici edən əsas faktor müxtəliflikdir - daş yollar, incəsənət qalereyaları, Palma şəhərinin zəngin qastronomiyası, toxunulmamış koylar və uzun çimərliklər.

Qısa uçuş müddəti, güclü infrastruktur və artıq turizmi məhdudlaşdırmağa yönəlmiş yerli qərarlar da Malyorkanı daha keyfiyyətli və sakit tətil arayanlar üçün ideal edib.


 


ABŞ




Siyasi gərginliklərə baxmayaraq,  ABŞ 2026-cı ildə intensiv turizm ili yaşayacaq. Ölkənin müstəqilliyinin 250 illiyinə həsr olunan tədbirlər və Dünya Çempionatı milyonlarla turist gözləyən əsas amillərdir. Utah, Arizona və Aydaho kimi ştatların turizm üzrə önə çıxması, dolların nisbətən zəif olması və daha sərfəli aviabiletlər ABŞ-ni Avropalı turistlər üçün daha əlçatan edib.


 


Mozambik 




“Original Travel” şirkətinin həmtəsisçisi Tom Barberə görə, Mozambik 2026-cı ilin ən iddialı istiqamətlərindən biridir. Şimal bölgələrində bəzi xəbərdarlıqlar olsa da, ölkənin böyük hissəsi safari ilə çimərlik təcrübəsinin unikal sintezini təqdim edib.

Mozambik həm də dalğıclar üçün cəlbedicidir - balina köpəkbalıqları və dəniz tısbağaları ilə qarşılaşmaq mümkündür.


 


Qırğızıstan


 


Dağ mənzərələri, trekkinq marşrutları və at turları ilə seçilən Qırğızıstan 2026-cı ildə təbiət turizminin favori ölkələri arasında göstərilib. Paytaxt Bişkek isə inkişaf edən restoran mədəniyyəti və gecə həyatı ilə turistlərə şəhər rahatlığını da təklif edir.


 


Kolumbiya




Bir zamanlar yalnız “backpacker” turistlərlə tanınan Kolumbiya artıq daha geniş turist kütləsinin diqqətini cəlb edib. Mütəxəssislər ölkədə qastronomiya, mədəniyyət və yaradıcılıq sahəsində baş verən dönüşümün turizmi sürətlə artırdığını bildirib. 


 


Cənubi Koreya 




K-pop, Koreya serialları və kosmetik məhsullarla qlobal populyarlığını gücləndirən Cənubi Koreya gələn il də turizm yüksəlişini davam etdirəcək. London-Seul arasında “Virgin Atlantic”in birbaşa uçuşlar başlatması ölkəyə giriş axınını artıracağı gözlənilib.

“Lonely Planet” Cənubi Koreyanın ən böyük adası olan Cecunu (Jeju) 2026-cı ilin diqqət çəkən tətil məkanlarından biri kimi təqdim edib.


 


Gürcüstan 




Siyahıda yer alan Gürcüstan, mütəxəssislərə görə, yaxın illərdə turizmdə ən sürətli yüksəlişi göstərə biləcək ölkələrdən biridir. Tbilisi tarixi küçələri, geniş prospektləri, kükürdlü hamamları, eləcə də ölkənin müxtəlif bölgələrindəki qədim monastır kompleksləri və UNESCO tərəfindən qorunan “Gelati” Monastırı ilə turistləri cəlb edib.

Bununla yanaşı, Gürcüstanın zəngin şərab mədəniyyəti də ölkəyə marağı artıran əsas faktorlar sırasındadır.




Bəsti Rəfizadə

Sfera.az