Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Pakistan və Əfqanıstan arasında sülhün qorunması mexanizminə töhfə verməyə hazır olduğunu açıqlayıb.


 


Sfera.az xəbər verir ki, Ərdoğan Aşqabadda keçirilən Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu çərçivəsində Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşdə bildirib ki, Pakistan və Əfqanıstan arasında atəşkəsin uzadılması məmnuniyyət mənbəyidir və Türkiyə münaqişəsiz mühitin qorunması üçün yaradılan mexanizmə töhfə verməyə hazırdır. Türkiyə lideri həmçinin iki ölkə arasında enerji, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsini planlaşdırdıqlarını vurğulayıb. Qeyd edək ki, 2025-ci ilin oktyabrında Pakistan-Əfqanıstan sərhədində silahlı toqquşmalar baş vermişdi.


 


Bu toqquşmalar Pakistan sərhəd postlarına hücumlardan sonra reallaşmış və Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstandakı Fitnə əl-Xəvaric terrorçu qrupunun bazalarına zərbələr endirmişdi. Qətər və Türkiyənin vasitəçiliyi ilə tərəflər müvəqqəti atəşkəs razılaşmasına nail olmuşdu.


 


Niyaz Hacıyev


Sfera.az