“Təhsil işçiləri üçün "TəhsilPlus" kartları artıq sifariş edilib”.

 


Sfera.az xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov Təhsil TV-nin qonağı olarkən səsləndirib.

 


O qeyd edib ki, yaxın zamanlarda "TəhsilPlus" kartları müəllimlərə paylanılacaq.

 


Rəsul Həşimov həmçinin bildirib ki, kartlar regionlarda fəaliyyət göstərən təhsil işçilərinə də eyni vaxtda veriləcək.