Türkiyədə yeni evlənən cütlük yol qəzasında ölüb.


 


Sfera.az bildirir ki, dekabrın 8-də Ankara-Eskişehir yolunda baş verib.


 


Mert Özsüzün idarə etdiyi avtomobil iri yük avtomobili olan TIR-a çırpılıb. Zərbədən sonra avtomobil bir neçə dəfə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Sürücünün 3 ay əvvəl evləndiyi İrem Özsüz və daha 2 sərnişin isə xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər.


 


Lakin görülən tədbirlərə baxmayaraq, İrem Özsüz də bu gün xəstəxanada keçinib.


 


Qəza ilə bağlı araşdırma aparılır.