İranda Nobel Sülh Mükafatı laureatı, hüquq müdafiəçisi Nərgiz Məhəmmədi həbs olunub.
Sfera.az xəbər verir ki, o, hüquq müdafiəçisi Xosrov Əlikürdinin yas mərasimində iştirak edərkən başqa aktivistlərlə birlikdə saxlanılıb.
Qeyd edək ki, Nərgiz Məhəmmədi yas mərasimində iştirak etdiyi Xosrov Əlikürdi insan haqları müdafiəçisi olub. Əlikürdi bir həftə əvvəl öz ofisində ölü tapılıb. Ekspertiza nəticəsinə görə, o, ürəktutmasından ölüb.