İtaliyanın Apuliya bölgəsinin Qalatone şəhərində polis tərəfindən axtarılan 38 yaşlı Qana vətəndaşı Milad bəzəkləri və oyuncaqları satılan mağazada gizlənərkən tutulub.


 


Sfera.az bildirir ki, qaçaq şəxs böyük ölçülü Milad fiqurunun içərisində gizlənmiş vəziyyətdə yerli mer Flavio Filoni tərəfindən təsadüfən aşkar edilib.


 


Mer Piazza Santissimo Crocifisso meydanında nümayiş olunan Milad səhnəsinə baxarkən fiqurlar arasında qəribə bir hərəkət müşahidə edib. Əvvəlcə bunu dekorasiyanın bir hissəsi hesab etsə də, daha sonra fiqurun canlı insan olduğunu anlayıb və dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.


 


Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs Bolonyada itkin düşmüş və dövlət qulluqçusuna müqavimət göstərmək və ağır döymə ittihamı ilə 9 ay 15 gün həbs cəzasına məhkum edilmişdi. Lakin hökm elan edildikdən sonra yoxa çıxmışdı. Hazırda həmin şəxs saxlanılıb və həbsdədir.


 


Aynil