“Eurovision 2024” Mahnı Müsabiqəsində qalib gələn “Nemo” qrupu kuboklarını təşkilatçılara qaytardıqlarını açıqlayıblar.


 


Sfera.az bildirir ki, qərar İsrailin müsabiqəyə qəbul edilməsi ilə əlaqədar verilib.


 


Bəyanatında Nemo “Eurovision” icmasına və bu təcrübədən öyrəndikləri hər şeyə dəyər verdiklərini vurğulasa da, indi mükafatı saxlamağın doğru olduğuna inanmırlar..


 


"Eurovision hamı üçün birlik, inklüzivlik və ləyaqətin tərəfdarı olduğunu iddia edir. Bu müsabiqəni mənim üçün vacib edən dəyərlər bunlardır. Lakin BMT-nin Müstəqil Beynəlxalq Araşdırma Komissiyasının soyqırım kimi müəyyən etdiyi hadisələrdə İsrailin davamlı iştirakı bu ideallarla EBU (red.: Avropa Yayım Birliyi) tərəfindən qəbul edilən qərarlar arasında açıq bir ziddiyyət olduğunu göstərir"- deyə “Nemo” qeyd edib.


 


Musiqiçilər həmçinin qeyd ediblər ki, vəziyyət fərdi ifaçılara və ya vətəndaşlara aid deyil. “Nemo”nun sözlərinə görə, EBU-nun “Eurovision”un siyasətdən kənar olduğu iddiasına baxmayaraq, mahnı müsabiqəsindən "ciddi pozuntularda ittiham olunan" bir ölkənin imicini yaxşılaşdırmaq üçün istifadə edildiyi ilk dəfə deyil.


 


"Bütün ölkələr bu mübahisəyə görə iştiraklarını geri götürdükdə, bir şeyin ciddi şəkildə səhv olduğu aydın olmalıdır. Buna görə də kubokumuzu Cenevrədəki EBU qərargahına geri göndərmək qərarına gəldim. Minnətdarlıqla və aydın bir mesajla: vədlərinizə əməl edin"- deyə onlar sözlərini yekunlaşdırıblar.


 


 


Aynil