Moskvada güclü külək və qarla müşayiət olunan fırtınalı hava şəraiti hökm sürür.


 


Sfera.az xəbər verir ki, kommunal xidmətlərin məlumatına görə, paytaxtda küləyin sürəti saniyədə 18 metrədək yüksəlib. Güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində ağaclar aşıb. Xüsusilə Tverskoy bulvarında iri yolka ağacının aşdığı bildirilir.


 


Məlumata əsasən, hadisə nəticəsində xəsarət alanlar var. Zərərçəkənlərin vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.


 


Şəhər xidmətləri sakinlərə ehtiyatlı olmağı, ağacların və reklam lövhələrinin yaxınlığında dayanmaqdan çəkinməyi, təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir. Fırtınalı hava şəraitinin bir müddət davam edəcəyi gözlənilir. / musavat