Plastik əməlliyatları ilə məşhur olan 33 yaşlı sosial media ulduzu Taylandda ölü tapılıb. İlkin məlumatlara görə, o, doqquzuncu mərtəbənin balkonundan yıxıldıqdan sonra ölüb.
Sfera.az bildirir ki, sosial mediada Maria Maqdalena təxəllüsü ilə məşhurlaşan meksikalı-kanadalı model Denise Yvonne Jarvis Gongora plastik cərrahiyyələri ilə məşhur olub. O, həddindən artıq böyük implantlar taxdıraraq və bədənini döymələrlə örtməklə görünüşünü tamamilə dəyişdirib.
Tayland Pxuket şəhəri polisinin məlumatına görə, Denisenin cəsədi gecə qeydiyyatdan keçdikdən bir neçə saat sonra otel işçiləri tərəfindən aşkar edilib.
Ölümündən bir müddət əvvəl o, 1998-ci ildə çəkilmiş "The Truman Show" filminin son səhnəsini özünün uşaqlıq fotosu ilə birlikdə sosial mediada gizli şəkildə paylaşıb.
O, həmçinin “İnstaqram” hesablarından birinin istifadəçi adını "MaryMagdaleneDied" olaraq dəyişdirib.
Qardaşı İvan da bacısı haqqında təsirli paylaşım edib. İvan özünün və bacısının Meksikada yemək yediyi şəklini paylaşaraq "Kaş səni daha yaxşı tanımaq üçün daha çox vaxt ayırsaydım" yazıb.
Sosial media ulduzu ekstremal prosedurlar vasitəsilə görünüşünü tamamilə dəyişdirmək üçün minlərlə dollar xərcləyib.
Çoxsaylı plastik əməliyyatları sayəsində Qonqoranın sosial mediada təxminən yarım milyon izləyicisi var idi.
Müxtəlif müsahibələrdə Denise sərt dindar bir ailədə böyüdüyünü və uşaqlıqda Disney cizgi filmlərinə baxmağın belə qadağan edildiyini bildirib.
O, 12 yaşında aktiv cinsi həyat sürməyə və narkotik istifadə etməyə başlayaraq üsyan edib.
17 yaşında Qonqora striptizçi kimi işləyib və daha sonra eskortluq etməyə başladı. Plastik əməliyyatları internetdə yayıldıqdan sonra, o, populyarlığını “OnlyFans”a üzv olmaqla qazanıb. Bədənini dəyişdirmək həvəsi, göz bəbəklərinə döymə etdirəndə az qala korluğa səbəb olub.
Mariya Maqdalena həm də rəssam idi.
Ekstremal əməliyyatlarının çoxu qanunsuz olduğundan, Qonqora əməliyyat üçün tez-tez Kolumbiyadan Rusiyaya qədər dünyanı gəzirdi. Qonqora ilk döş böyütmə əməliyyatını 21 yaşında Meksikada yerli diş həkiminə etdirib, lakin prosedur uğursuz olub.
İllər ərzində o, qaş qaldırma, yağ transplantasiyası, üz və bədənin liposaksiyası, çoxsaylı rinoplastika və döş böyütmələri, vinirləmə, pişik gözü korreksiyası, silikon implantların yaratdığı omba infeksiyalarının müalicəsi, həmçinin omba implantlarına əlavə olaraq bir neçə Braziliya omba qaldırma əməliyyatı və daha çox əməliyyat keçirib.
O, əməliyyat masasında bir neçə dəfə ölümdən dönüb və çoxsaylı dolğu inyeksiyalarından sonra dodaqlarını bağlaya bilmirdi.
2023-cü ilin əvvəllərində 38J implantlarından biri partladıqdan və şişdikdən sonra müvəqqəti olaraq yalnız bir döş ilə qalıb.
Ölümündən bir il əvvəl Mariya bütün yuxarı bədənini qara mürəkkəblə örtməyə başlayıb.
Plastik cərrahiyyəyə aludə olmasına baxmayaraq, bəzən peşman olduğunu və daha təbii görünüşə qayıtmaq istəyini ifadə edirdi.
2023-cü ildə dərc olunan emosional bir paylaşımda o, plastik cərrahiyyənin "sonsuz dövrəsində" əsir qaldığını, səhv prosedurları düzəltmək üçün daim bıçaq altına girdiyini etiraf edib.
Aynil