Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ-a səfəri zamanı Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbərliyi ilə görüşüb.
Sfera.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzeti məlumat yayıb.
Bildirilib ki, Umerov sülh planı üzrə danışıqlar aparmaq üçün ABŞ-da səfərdə olan zaman FTB direktoru Keş Patel və onun müavini Den Bonqino ilə gizli görüşlər keçirib. İddialara görə, bu görüşlər Qərb rəsmiləri arasında narahatlıq yaradıb.