Protein orqanizm üçün həyati əhəmiyyət daşıyan əsas qida maddələrindən biridir.


 


Sfera.az xəbər verir ki, əzələ və toxumaların inkişafı, immun sisteminin güclənməsi, hormon və fermentlərin sintezi kimi bir çox həyati funksiyalarda protein əsas rol oynayır. Yetərli protein qəbul etməmək yorğunluq, əzələ zəifliyi və immunitetin zəifləməsi kimi problemlərə səbəb ola bilər. Protein həmçinin aclıq hissini azaltmağa və piylərin yandırılmasına kömək edir, bu baxımdan arıqlamaq istəyənlər üçün də vacibdir. Protein tərkibli qidalar arasında ət, toyuq, balıq, yumurta, süd məhsulları, paxlalılar və qoz-fındıq növləri xüsusilə önəmlidir.


 


Hər gün balanslı şəkildə bu qidaları istehlak etmək bədən funksiyalarını normada saxlamağa və sağlam həyat tərzini dəstəkləməyə imkan verir. Protein qəbulunu yalnız heyvan mənşəli məhsullardan deyil, bitki mənşəli qidalardan da təmin etmək mümkündür. Bu, xüsusilə vegetarian və veqanlar üçün əhəmiyyətlidir. Hər kəs gündəlik protein ehtiyacını yaşına, cinsinə və fiziki aktivliyinə uyğun tənzimləməlidir.


 


Sağlam həyat üçün protein tərkibli qidaların menyuda yer alması vacib amildir.


 


Niyaz Hacıyev


Sfera.az