Venesuela müdafiə naziri Vladimir Padrino Lopes ABŞ-ni Latın Amerikasının təbii sərvətlərini mənimsəməyə cəhd etməkdə və Karib dənizi üzərində tam nəzarət qurmaq niyyətində olmaqda ittiham edib.


 


Sfera.az xəbər verir ki, Nazir “Venezolana de Television” kanalına açıqlamasında ABŞ-nin Venesuela nefti daşıyan tankeri Karib dənizində silahlı şəkildə ələ keçirməsini “kobud piratçılıq aktı və təbii sərvətlərin zorla mənimsənilməsi” adlandırıb.


 


Onun sözlərinə görə, saxlanılan tankerin heyətinin taleyi hələ də məlum deyil. Lopes bildirib ki, ABŞ Karib dənizini öz maraqları naminə nəzarət altına almaq üçün bölgədə strateji mövqelərini gücləndirir. O, Venesuela xalqının ordu və polis ilə birlikdə ABŞ imperializmi qarşısında möhkəm dayandığını vurğulayıb.


 


Qeyd edək ki, dekabrın 10-da ABŞ Prezidenti Donald Tramp Venesuela sahillərində neft tankerinin saxlanıldığını təsdiqləyib. ABŞ Ədliyyə Nazirliyi isə tankerin sanksiyaları pozaraq Venesuela və İrandan neft daşıdığını bildirib. Venesuela Xarici İşlər Nazirliyi bu addımı açıq soyğunçuluq və beynəlxalq piratçılıq aktı kimi qiymətləndirib.


 


Niyaz Hacıyev


Sfera.az