Krım Parlamentinin sədri Vladimir Konstantinov Ukraynanın ayrı-ayrı bölgələrində öz müqəddəratını təyinetmə ilə bağlı referendumların keçirilməsini təklif edib.
Sfera.az xəbər verir ki, bu barədə “Gazeta.ru" məlumat yayıb. Konstantinovun sözlərinə görə, Ukrayna bölgələrinin sakinləri 2014-cü ildə Krımda olduğu kimi, öz gələcəklərini müstəqil şəkildə seçməlidirlər.
O bildirib ki, bu cür referendumlar yalnız Ukraynada denazizasiya prosesi başa çatdıqdan sonra mümkün ola bilər. Krım Parlamentinin sədri Ukrayna Prezidenti Volodimir Zelenskini prosesi bilərəkdən uzatmaqda ittiham edib. Onun iddiasına görə, Zelenski nə ölkəyə, nə də Ukrayna xalqına real ehtiyac duyur. Konstantinov əlavə edib ki, əgər Zelenski xalqın mövqeyini nəzərə alsaydı, Rusiya tərəfindən 2022-ci ildə İstanbulda irəli sürülən şərtləri qəbul edərdi.
Fidan Hacızadə
Sfera.az