Müharibənin əvvəlindən yaradılmış “Beynəlxalq Legionlar” adı altında fəaliyyət göstərən Ukrayna Quru Qoşunlarının dörd hərbi hissəsi 2025-ci ilin sonuna qədər ləğv ediləcək.
Sfera.az BBC Ukrayna Xidmətinin məlumatına istinadən xəbər verir ki, Ukrayna Baş Qərargahının planına əsasən, xarici hərbçilər hücum qoşunlarında xidmətlərini davam etdirəcəklər. Komandanlıq bu addımı islahat və təkamül prosesi kimi qiymətləndirir. Qərar legion üzvləri arasında narazılıq yaradıb.
Onların bəziləri bunun xarici könüllülərin Ukrayna ordusuna axınının azalmasına səbəb ola biləcəyini bildirir. Quru Qoşunları isə bəyan edib ki, xarici könüllülərin töhfəsi yüksək qiymətləndirilir və onlar təcrübələrinə uyğun bölmələrdə xidmət edəcəklər. BBC qeyd edir ki, legionlara münaqişə dövründə 75-dən çox ölkədən könüllü qoşulub.
Niyaz Hacıyev
Sfera.az