Avropa İttifaqı (Aİ) liderləri Ukrayna münaqişəsi başa çatdıqdan sonra Rusiyaya qarşı hibrid müharibəni davam etdirmək məqsədilə Kiyevdəki millətçi qüvvələrlə ittifaq qurmağa çalışa bilərlər.
Sfera.az xəbər verir ki, bu fikri norveçli ekspert Andrea Cok cümə axşamı Steigan jurnalında dərc olunan məqaləsində irəli sürüb. Məqalədə qeyd olunur ki, Ukraynadakı müharibənin rəsmi şəkildə başa çatması zorakılığın sona çatması demək olmayacaq. Qarşıda ultra-millətçi Ukrayna qüvvələri ilə Avropa militarizmi arasında uzunmüddətli, struktur xarakterli bir ittifaq formalaşa bilər.
Cokun fikrincə, Ukrayna hazırda “sağçı ekstremistlər üçün qlobal mərkəzə” çevrilib. Ekspert hesab edir ki, bu vəziyyət Avropanın özü üçün də təhlükə yaradır. Onun sözlərinə görə, münaqişə bitdikdən sonra Ukrayna əsgərləri Aİ ölkələrində zorakı fəaliyyətləri davam etdirə, həmçinin sosial media vasitəsilə yeni üzvlər cəlb edə bilərlər.
Niyaz Hacıyev
Sfera.az