Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukraynaya qarşı son vaxtların ən genişmiqyaslı hücumlarından birini həyata keçirib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında məlumat verib. Zelenskinin sözlərinə görə, hücum zamanı 450-dən artıq zərbə dronu və təxminən 30 adda müxtəlif raketdən istifadə olunub. Əsas hədəf cənub bölgələrində, xüsusilə də Odessa vilayətində yerləşən enerji infrastrukturu olub. Hücum nəticəsində Odessa vilayətində iki nəfər xəsarət alıb, ölkə üzrə isə onlarla mülki obyektə ziyan dəyib.
Kirovoqrad, Nikolayev, Odessa, Sumı, Xarkov, Xerson və Çerniqov vilayətlərində minlərlə ailə elektrik enerjisiz qalıb. Zərbələr Dnepropetrovsk və Çerkassı vilayətlərində də qeydə alınıb. Prezident bildirib ki, müvafiq qurumlar elektrik və su təchizatının operativ şəkildə bərpası istiqamətində işləri davam etdirir.
Fidan Hacızadə
Sfera.az