Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema Rusiya ilə dialoqun bərpa edilməsinə çağırıb.
Sfera.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yaydığı bəyanatda bildirib. Mema qeyd edib ki, Rusiyanı düşmən kimi görmür. Onun sözlərinə görə, ABŞ-nin sabiq prezidenti Donald Trampın rəhbərliyi dövründəki administrasiya da bu mövqeni açıq şəkildə ifadə edib. Siyasətçi iddia edib ki, əsas problem Avropa Birliyinin mövcud siyasətidir.
“Rusiya bizim düşmənimiz deyil. Düşmən xalqa qarşı işləyən Avropa Birliyidir. Mən Avropada müharibənin təhrikçisi deyiləm. Biz AB-nin təhlükəli yenidən silahlanma planını ləğv etməli, Rusiyaya qarşı müharibədən çəkinməli və dialoqu bərpa etməliyik”, – deyə o yazıb. Armando Mema əlavə edib ki, zərurət yaranacağı təqdirdə Moskvaya səfər etməyə və Trampın sülhə dair mövqeyini orada da səsləndirməyə hazırdır. Siyasətçi daha əvvəl də Avropa Birliyinin Ukrayna ilə bağlı uğursuz siyasətini əsaslandırmaq məqsədilə hərbiləşdirmə xəttini gücləndirdiyini bildirmişdi.
Niyaz Hacıyev
Sfera.az