Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskinin ərazi məsələsinin referendum yolu ilə həllinə dair açıqlamasını münaqişənin sülh yolu ilə nizamlanmasında irəliləyiş kimi qiymətləndirir.
Sfera.az xəbər verir ki, bu barədə Axios xəbər yayıb. Ağ Evin sözçüsü bildirib ki, ABŞ Ukraynaya NATO-nun 5-ci maddəsinə uyğun təhlükəsizlik zəmanətləri verməyə də hazırdır.
“Biz ukraynalılara bir tərəfdən boş vədlər olmayan, digər tərəfdən isə kifayət qədər etibarlı təhlükəsizlik zəmanətləri təqdim etmək istəyirik. Bu sənədi Konqresdə səsverməyə çıxarmağa hazırıq”, – deyə ABŞ rəsmisi vurğulayıb. Qeyd edək ki, dekabrın 11-də Zelenski sülh yolu ilə həll çərçivəsində ərazi məsələsinin referenduma çıxarılmasının mümkün olduğunu açıqlayıb. Vaşinqtonun noyabrda irəli sürdüyü 28 maddəlik planından sonra Ukrayna üzrə sülh danışıqları intensivləşib. Lakin Kiyev və Avropadakı tərəfdaşlar sənəddən narazılıq bildirərək onun əhəmiyyətli dərəcədə dəyişdirilməsini tələb ediblər. Dekabrın 8-də Zelenski ABŞ-yə, Avropa liderləri ilə görüşlər zamanı hazırlanmış və 20 maddəyə qədər qısaldılmış sülh planını təqdim edəcəyinə söz verib.
Dekabrın 10-da isə Ukrayna və tərəfdaşları ABŞ-nin keçmiş prezidenti Donald Trampa münaqişənin həlli çərçivəsində Ukrayna üçün mümkün ərazi güzəştlərini nəzərdə tutan təklif təqdim ediblər.
Niyaz Hacıyev
Sfera.az