ABŞ, Almaniya və Ukraynanın xarici siyasət üzrə müşavirləri dekabrın 14-də Berlində Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqları davam etdirəcəklər.


 


Sfera.az xəbər verir ki, DPA-nın verdiyi məlumata görə, görüşün yeri və vaxtı təhlükəsizlik səbəbilə məxfi saxlanılacaq. “The Wall Street Journal” yazır ki, ABŞ prezidentinin elçisi Stiven Vitkoff bu həftə sonu Berlində Avropa liderləri və Prezident Volodimir Zelenski ilə görüşlər keçirəcək.


 


ABŞ rəsmiləri də Vitkoffun Zelenski və Avropa nümayəndələri ilə danışıqlarda iştirak edəcəyini təsdiqləyib. Bundan əlavə, Almaniya kansleri Fridrix Merzin dekabrın 15-də Berlində Zelenski ilə görüşü planlaşdırılır. Görüşlərə bir sıra Aİ və NATO liderlərinin, həmçinin Almaniya, Böyük Britaniya və Fransanın iştirakı ilə AB-3 formatında danışıqların qoşulacağı gözlənilir. Qeyd edək ki, Vaşinqtonun noyabrda irəli sürdüyü 28 maddəlik sülh planından sonra danışıqlar intensivləşib. Daha sonra Zelenski ABŞ-yə 20 bəndlik alternativ sülh planı təqdim edib.


 


Niyaz Hacıyev


Sfera.az