Gəncədə zəhərlənmə hadisəsi baş verib.


 


Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.


 


Belə ki, 1986-cı il təvəllüdlü R.Paşayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Qadına tibbi yadım göstərilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.


 


Məlumata görə, 39 yaşlı qadın yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.


 


Faktla bağlı araşdırma aparılır.