Şirvanda hamamda yıxılan qadın ölüb.


 


Sfera.az xəbər verir ki, hadisə şəhərin L.İbrahimov küçəsində qeydə alınıb.


 


67 yaşlı Xuraman Nəsir qızı Səfərova noyabrın 27-də yaşadığı evin hamam otağında yıxılıb. Xəstəxanaya yerləşdirilən qadın dekabrın 12-də orada ölüb.


 


Faktla bağlı Şirvan şəhər Prokurorluğu araşdırma aparır.