Azərbaycan Ordusunun N saylı hərbi hissəsinin məşhur zabiti Ramil Səfərovun polkovnik rütbəsində ilk fotoşəkli yayılıb.


 


Sfera.az xəbər verir ki, polkovnik Ramizl Səfərovun bu fotoşəkli dekabrın 12-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar keçirilən anım tədbirində lentə alınıb.  


 


Xatırladaq ki, əslən Cəbrayıl rayonundan olan Ramil Səfərov 2004-cü ilin yanvar ayında Azərbaycan ordusunun baş leytenatı kimi NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.


 


Eyni kursa ezam olunmuş iki nəfər erməni zabit orada Ramil Səfərova mənəvi təzyiq göstərərək, onu aqressiv davranışa təhrik ediblər.


 


Ramil Səfərov 2004-cü il fevral ayının 19-da - vətənə dönməyə 20 gün qalmış kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib.


 


Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

 


Azərbaycan tərəfinin Macarıstanla apardığı danışıqlardan sonra Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya ekstradisiya edilib. O, Azərbaycan Prezidentinin 31 avqust 2012-ci il tarixli sərəncamı ilə əfv edilib.


 


1 sentyabr 2012-ci ildə ona mayor rütbəsi təqdim edib.


 


2012-ci ilin oktyabrda Ramil Səfərovun ailə həyatı qurub, hazırda bir qızı, bır oğlu var.


 


2017-ci ildə R.Səfərova polkovnik-leytenant rütbəsi verilib.


 


Bir neçə ay öncə isə Ramiz Səfərov polkovnik rütbəsi alıb.