Rusiyanın Voronej vilayətində xüsusi təyinatlı polis dəstəsi (SOBR) Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirib.


 


Sfera.az musavat.coma istinadla xəbər verir ki, Rusiya KİV-lərinin məlumatına görə, əməliyyat nəticəsində diasporun bir neçə üzvü saxlanılıb.


 


Saxlanılanlar arasında Niyaz Zahidov adlı şəxs də var.  Zahidovun pasportunun müsadirə edildiyi bildirilir.