ABŞ-ın Konnektikut ştatında baş verən faciəvi ailə qətlində süni intellektin rolu ilə bağlı mübahisələr yenidən gündəmə gəlib. 83 yaşlı Syuzan Adamsın oğlu tərəfindən öldürülməsindən sonra ailə, cinayətə səbəb olan psixoloji gərginliyin “ChatGPT” tərəfindən alovlandırıldığını iddia edir.


 


Sfera.az bildirir ki, ailə “OpenAI” və “Microsoft” şirkətlərini məhkəməyə verərək, chatbotun istifadəçi təhlükəsizliyini təmin etmədiyini və psixi cəhətdən həssas şəxslər üçün riskli məzmunu süzgəcdən keçirmədiyini bildirir. İddialara görə, 56 yaşlı Steyn-Erik Soelberq “ChatGPT” ilə apardığı söhbətlərdə anası və ətrafındakılar haqqında sui-qəsd nəzəriyyələrini bölüşüb və chatbot bu düşüncələri təsdiqləyərək daha da dərinləşdirib.


 


 


Hadisədən bir neçə həftə sonra ana və oğul evlərində ölü tapılıb. Məhkəmə-tibbi ekspertizası Adamsın zorakılıq nəticəsində, Soelberqin isə intihar etdiyini göstərib.


 


 


Mərhum qadının nəvəsi Erik Soelberq, “ChatGPT”nin atasının paranoyak düşüncələrini gücləndirdiyini və nənəsini bu xəyalların mərkəzinə qoyduğunu deyərək “OpenAI”ı məsuliyyət daşımağa çağırıb.


 


 


“OpenAI” sözçüsü Hannah Wong hadisəni “son dərəcə məyusedici” adlandıraraq, təhlükəsizlik sistemlərinin gücləndirildiyini və klinik mütəxəssislərlə əməkdaşlıq edildiyini bildirib.


 


 


İşi idarə edən vəkil Cey Edelson bu hadisənin “ChatGPT” ilə əlaqəli ilk qətl işi olduğunu, daha əvvəl isə beş intihar hadisəsi ilə bağlı iddiaların qaldırıldığını qeyd edib.


 


Aynil