İspaniyanın Mayorka şəhərində yaşayan bloqqer Vena Vurstel, sosial şəbəkələrdə görünüşü və analığı səbəbilə kəskin tənqidlərə məruz qalıb. O, yalnız dodaqlarına 50.000 dollar (təxminən 80 min AZN) xərclədiyini və dünyanın ən böyük dodaqlarına sahib olduğunu iddia edir.
Sfera.az bildirir ki, Vena 18 yaşından etibarən kosmetik prosedurlara başlayıb və ümumilikdə 160.000 dollar dəyərində estetik əməliyyat etdirdiyini etiraf edir. O, prosedurlar üçün mütəmadi olaraq Almaniyanın Frankfurt şəhərinə səfər edir və ayda bir neçə dəfə iynə vurdurur.
Son zamanlar isə tənqidlər daha da artıb. Üç aylıq körpəsinin doğulmasından sonra sosial mediada bəzi istifadəçilər Vurstelin valideynlik qabiliyyətini sual altına alaraq onu “Frankenşteynin canavar anası” adlandırıblar. Onlar uşağın gələcəkdə anasının görünüşünə görə lağ obyektinə çevriləcəyindən narahat olduqlarını bildiriblər.
Vena isə bu fikirlərə sərt reaksiya verib: “İnsanlar yalnız görünüşümüzü görürlər, amma bizim necə valideyn olduğumuzu bilmirlər. Həyatımın bu iki hissəsi – analıq və kosmetik prosedurlar – bir yerdə mövcud ola bilər”.
Onun çəkdiyi video sosial mediada viral olub, minlərlə baxış və şərh toplayıb. Bəzi istifadəçilər prosedurların qadağan edilməsini tələb etsə də, onu müdafiə edənlər də az deyil. “Bu, onun həyatı və puludur. Dodaqları başqasının həyatına təsir etmir”, – deyə bir şərhçi yazıb.
Aynil